Kəşf olunmamış kometlərin operativ tutulması üçün yeni missiya hazırlanır


Digərləri 28 İyn 2019 20:29:00 219 0

Kəşf olunmamış kometlərin operativ tutulması üçün yeni missiya hazırlanır

Yeni misiya hazırkı günə kimi kəşf olunmamış, Yerə tərəf hərəkət edən kometlərin tutulması məqsədini qarşı qoyur.

Bakı. Yeni misiya hazırkı günə kimi kəşf olunmamış, Yerə tərəf hərəkət edən kometlərin tutulması məqsədini qarşı qoyur. Trend-in məlumatına görə, bu unikal misiya Günəş sisteminə daxil olduğu zaman ulduzlar arası fəzanın ilkin obyektlərini müşahidə etmək imkanı verəcəkdir. Üç kosmik aparat obyektin müxtəlif bucaq altında şəkillərini çəkərək, onun 3D formatda profilini təmin edəcək və kometin səthini, kimyəvi tərkibini, formasını və strukturunu öyrənməyə imkan verəcəkdir. Comet İnterceptor (Komet Tutan) misiyası Avropa Kosmik Agentliyi (AKA) tərəfindən 2019-cu il iyunun 19-unda "F" (fast - sürətli) – qısa müddətdə təhciz olunanlar sinfinə daxil olan misiya kimi seçilmişdir. Bu misiyanın konseptual layihəsi bu ilin mart ayında AKA-ya təqdim olunmuşdur. Nəzərdə tutulan uçuş 2028-ci il üçün planlaşdırılır.