Bakıda itkin düşən şəxsin 2 aydan sonra meyiti tapıldı


Digərləri 28 İyn 2019 20:07:00 232 0

Bakıda itkin düşən şəxsin 2 aydan sonra meyiti tapıldı

Bakıda iki ay əvvəl itkn düşən şəxsin meyiti tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, paytaxtın Sabunçu rayon sakini Pəncəliyev Elşən Əliheydər oğlu bu il aprelin 19-da itkin düşüb.

İyun ayının 10-da isə Abşeron rayonu, Novxanı kəndi ərazisində meyit tapılıb. Araşdırmalar zamanı məlum olub ki, tapılan meyit E.Pəncəliyevindir.

Meyit ailəyə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.