Dollara gözlənilməz zərbə:


Dünya 28 İyn 2019 19:09:00 202 0

Dollara gözlənilməz zərbə:

Rusiya və Çin milli valyutalarda hesablaşmalara keçid haqqında hökumətlərarası razılaşma imzalayıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, müvafiq sənədi Rusiya maliyyə naziri Anton Siluanov və Çin Mərkəzi bankının sədri İ Qan tərəfindən imzalanıb.

Rusiya maliyyə nazirinin müavini Sergey Storçakın müvafiq məktubundan məlum olur ki, tərəflər sazişi hələ iyunun 5-də imzalayıblar.

Məktubda qeyd olunur ki, hazırda Rusiya və Çin müəssisələri arasında yeni hesablaşma mexanizmlər yaradılır.

Nəşr yazır ki, tərəflər arasında milli valyutalarda hesablaşmaların artırılması üçün rubl və maliyyə alətləri bazarının yaradılması önəmlidir. Yaxın gələcəkdə Çinlə hesablaşmalarda rublun payı 50%-ə çata bilər. Hazırda isə bu rəqəm 10% civarındadır.