Azərbaycanda sığorta hallarının onlayn nizamlanması sistemi tətbiq olunacaq


Digərləri 28 İyn 2019 18:24:00 231 0

Azərbaycanda sığorta hallarının onlayn nizamlanması sistemi tətbiq olunacaq

Azərbaycanın sığorta bazarında sığorta hallarının onlayn nizamlanması sistemi tətbiq olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov "Azərbaycanın sığorta bazarı: trendlər və imkanlar" forumunda deyib.

Onun sözlərinə görə, onlayn sistem sığortalanmış şəxslər üçün sığorta hallarında iş prosesini sadələşdirəcək, eləcə də zəruri sənədlərn alınması zamanı rəsmi şəxslərlə iş vaxtını azaldacaq.

Direktorun sözlərinə görə, sistemin yaxın 10-15 gün ərzində tətbiq olunması gözlənilir