Yasamalda bir gündə iki "avtoş" tutuldu Məhkəmə birini buraxdı


Digərləri 28 İyn 2019 18:27:00 254 0

Yasamalda bir gündə iki "avtoş" tutuldu  Məhkəmə birini buraxdı

Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən iki sürücünü saxlayıblar.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, 85 BV 005 dövlət nömrə nişanlı, "JEEP Grand Cherokee" markalı avtomobil ilə Yasamal rayonu Salamzadə küçəsində avtoxuliqanlıq edən İsmayıl Məmmədəli oğlu İsmayılbəyli barəsində 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə tətbiq olunub.

Eyni zamanda 99 LG 392 dövlət nömrə nişanlı, "Renault Megane" markalı avtomobil ilə əhalinin dincliyini pozaraq avtoxuliqanlıq edən sürücü Aydın Fikrət oğlu Salayev məhkəmənin qərarrı ilə sərbəst buraxılıb. Lakin Yasamal rayon DYPŞ bu qərardan apeliyasiya sikayəti verib.

Qayda pozuntularının videosunu təqdim edirik: