Fransada 4 min məktəb bağlandı


Dünya 28 İyn 2019 18:14:00 222 0

Fransada 4 min məktəb bağlandı

Avropa ölkələrində qeydə alınan kəskin istilər fəsadlar törətməyə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hava şəraiti ilə əlaqədar Fransada 4 min məktəb bağlanıb.

Ölkənin əksər bölgələrində temperatur 40 dərəcəni ötüb.

Qeyd edək ki, Avropa ölkələrində Afrikadan gələn isti hava kütləsi hökm sürür. Bu həftənin sonunadək bəzi ölkələrdə 45 dərəcəyədək istilər müşahidə olunacaq.