Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs:


Kriminal 28 İyn 2019 18:19:00 233 0

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs:

Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Prosesdə ifadə verən təqsirləndirilən Z.Rzayev bildirib ki, 1996-cı ildə ailə həyatı qurub və 2018-ci ildə boşanıb. Yetkinlik yaşına çatmış iki övladı onunla, keçmiş həyat yoldaşı isə anasıgildə yaşayıb. O qeyd edib ki, keçmiş həyat yoldaşına zəng edən zaman kişi səsi eşitdiyi üçün əsəbiləşib və salona gedərək, onu bıçaqlayıb, amma öldürmək niyyətinin olmayıb.

Təqsirləndirilən suallara cavab olaraq bildirib ki, arvadının telefonunda başqa şəxslərlə mesajlaşma görüb, onun başqa şəxslərlə münasibəti olduğu qənaətinə gələrək boşanıb.

Həyat yoldaşı isə onun yalan danışdığını bildirib.

Zərərçəkən Aynur Rzayeva bildirib ki, 18 yaşında ailə qurub. "Zaurla ailə problemlərimiz onun içməyinə görə yaranıb. Elə adam var ki, içəndə özünü normal aparır. O isə içən zaman nə etdiyini bilmir, məni incidir, fiziki zor tətbiq edirdi. İçməyəndə isə normal olurdu. İçkini tərgidə bilmədiyinə görə, işini tez-tez itirirdi. Mən məktəbdə işləyirdim, ancaq maaş az olduğuna görə, evin yanında icarəyə yer götürərək dərzi və saç ustası kimi fəaliyyət göstərirdim. Həddindən artıq qısqanc olduğuna görə, hər şeyi problemə çevirir, özündən fantaziyalar quraraq, məni incidirdi. Hətta telefonuma qadın müştərilər zəng edəndə də əsəbiləşirdi".

Qadın deyib ki, onun başqa adamlarla mesajlaşması, münasibətinin olması barədə deyilənlər həqiqət deyil: "Boşanmağımızın səbəbi də onun içməsi ilə bağlı olub. Elə hadisə günü də içkili idi. Ona görə də mən sual vermək istəyirəm ki, ayıq olsaydı, bu hadisəni törədərdi?"