Özili almaq istəyən tapılmadı


İdman 28 İyn 2019 17:45:00 224 0

Özili almaq istəyən tapılmadı

Almaniya millisinin sabiq futbolçusu Məsut Özilin növbəti mövsüm çıxış edəcəyi komanda müəyyənləşib.

Goal.az-ın “Daily Mail” nəşrinə istinadən yaydığı xəbərə görə, türk futbolçu karyerasını hazırkı klubu Arsenal-da davam etdirəcək.

Daha öncə London təmsilçinin Özili satmaq istədiyi bildilirdi. Lakin bəlli olub ki, heç bir klub ona həftəlik 350 min funt vermək istəmir. Bundan başqa, Arsenal-a rəsmi təklifin irəli sürülmədiyi də iddia olunur.