Moskvada aeroportu su basdı


Digərləri 28 İyn 2019 17:22:00 189 0

Moskvada aeroportu su basdı

Moskvada güclü yağış nəticəsində yaranan selə görə "Şeremetyevo" Hava Limanına gedən yollar bağlanıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, aeroportun "B Terminalı" girişi bağlanıb. 

Hava Limanına gedən yollarda nəqliyyat vasitələrini su basıb. Nəticədə, yollarda 3 kilometrə yaxın tıxac yaranıb.

Bundan başqa, sosial şəbəkələrdə yayılan görüntülərdə aeroportu da suyun basdığı diqqətdən qaçmayıb.


Xəbərə aid fotolar