Rusiyada bir şəhərin sakinləri təxliyə olunur


Digərləri 28 İyn 2019 17:26:00 209 0

Rusiyada bir şəhərin sakinləri təxliyə olunur

Rusiyanın İrkutsk vilayətində daşqınlarla əlaqədar Tulun şəhərinin sakinləri təxliyə olunub

Bakı. Rusiyanın İrkutsk vilayətində daşqınlarla əlaqədar Tulun şəhərinin sakinləri təxliyə olunub. Trend-in məlumatına görə, aramsız yağışlarla əlaqədar İya çayının səviyyəsi kritik 700 santimetr həddini keçərək 946 santimetrə çatıb. Son məlumatlara əsasən, İrkutsk vilayətinin 27 yaşayış məntəqəsində 2,8 minədək ev su altında qalıb. Tulun şəhərində 2 nəfər həlak olub.