Likvidliyinin adekvat səviyyəsinə görə Muğanbankın reytinqi 'B/B' səviyyəsində təsdiq edilib


Digərləri 28 İyn 2019 16:11:00 273 0

Likvidliyinin adekvat səviyyəsinə görə Muğanbankın reytinqi 'B/B' səviyyəsində təsdiq edilib

Likvidliyinin adekvat səviyyəsinə görə Muğanbankın reytinqi 'B-/B' səviyyəsində təsdiq  edilmişdir. Proqnoz "Sabit"-dir.

İcmal

- 2018-ci ildə Muğanbankın gəlirlərində cüzi artıma baxmayaraq, bankın gəlir potensialı və aktivlərinin keyfiyyətini zəif olaraq qalmış, kapitallaşması isə pisləşmişdir.

- Buna baxmayaraq, stabil depozit bazası, həmçinin  ümumsistem dəstək proqramı çərçivəsində dövlət vəsaitlərinin axını sayəsində Muğanbankın likvidliyinin adekvat səviyyədə qalacağı gözlənilir.

- Bundan əlavə, Muğanbankın normativ kapital göstəricilərinin  müyyən olunmuş  minimum tələbdən yuxarı olmaqla adekvat səviyyədə qalacağını gözləyirik.

- Bununla əlaqədar, Muğanbankın uzun və qısamüddətli reyintinqlərini 'B-/B' səviyyəsində təsdiq edirik.

- "Stabil" proqnoz verməklə, Muğanbankın kredit profilinin növbəti 12 ay ərzində əhəmiyyətli dərəcədə dəyişməyəcəyinə inanırıq.

Reytinq

20 iyun 2019-cu il tarixdə, S&P Global Ratings  Azərbaycan bankı Muğanabnkın uzun və qısamüddətli kredit reytinqlərini 'B-/B' səviyyəsində təsdiq etmişdir. Proqnoz "Sabit"-dir

Əsaslandırma

Yuxarıda qeyd olunan kredit reytinqlərini təsdiq etməklə, Muğanbankın ödəniş vaxtı çatan zaman öhdəliklərini yerinə yetirmək üçün likvidlik ehtiyatının yetərli səviyyədə olacağını, həmçinin bankın normativ tələbləri, o cümlədən prudensial kapital tələblərini  pozmaq riski ilə üzləşməyəcəyini hesab edirik.

2018-ci ildə və 2019-cu ilin ilk beş ayı ərzində Muğanbankın likvidlik mövqeyi stabil olaraq qalmış, bankın likvid aktivlər ehtiyatı onun həm normal, həm də böhran dövründə öhdəliklərini ödəmək üçün yetərli olmuşdur. Misal üçün, 1 aprel 2019-cu il tarixə,  bankın genişhəcmli likvid aktivləri onun cəmi müştəri depozitlərinin təxminən 22%-ni əhatə etmiş, yüksək likvid akitvləri isə həmin tarixdə cəmi aktivlərin 7.0%-ni təşkil etmişdir. Ötən il ərzində, Muğanbank, əmanətçilərin artan inamı və müştərilərin vəsaitləri üzrə təklif etdiyi nisbətən yüksək faiz dərəcələri sayəsində müştəri depozitlərini artırmağa nail olmuşdur. Stabil müştəri depozitləri, habelə ümumsistem dövlət dəstəyi proqramı çərçivəsində əldə edəcəyi əlavə likvidlik hesabına  Muğanbankın likvidlik buferinin adekvat səviyyədə qalacağını gözləyirik. Proqramın məqsədi 2015-ci ildə Azərbaycan manatının devalvasiyasından əziyyət çəkən fiziki şəxslərə dəstək olmaq, həmçinin yerli banklarda problemli aktivlərin əhəmiyyətli hissəsinin həllini asanlaşdırmaqdır. Bu proqram çərçivəsində Muğanbank artıq 21.6 milyon manat vəsait əldə etmişdir. Banka dövlət tərəfindən fiziki şəxslərin xarici valyutada denominasiya olunmuş vaxtı keçmiş kreditlərinin bir hissəsi ödənilmişdir.  Fiziki şəxslərin 360 gündən çox vaxtı keçmiş kreditlərinin restrukturizasiyası məqsədilə, bank, həmçinin təqribən 100 milyon manat (60 mln.ABŞ dolları) vəsait əldə edəcəkdir. Muğanbankın aktivlərinin keyfiyyətinə və biznes perspektivlərinə müsbət təsiri ilə yanaşı,  bu proqramın bankın likvidlik buferini daha da gücləndirəcəyinə və likvidlik mövqeyinin idarə olunmasında çevikliyini artıracağına inanırıq.

Ötən il ərzində, Muğanbank , korporativ kreditləşdirmənin, əsasən infrastruktur və kənd təsərrüfatı sektorlarında  inkişafını davam etdirmiş, eyni zamanda təminatsız riteyl kreditlərinin verilişinni dayandırmışdır.