May ayında Azərbaycana gələn əcnəbi turistlərin sayı açıqlanıb


Digərləri 28 İyn 2019 16:17:00 173 0

May ayında Azərbaycana gələn əcnəbi turistlərin sayı açıqlanıb

2019-cu ilin may ayı Azərbaycanda turizmin ən uğurlu aylarından biri hesab oluna bilər.

Bakı. 2019-cu ilin may ayı Azərbaycanda turizmin ən uğurlu aylarından biri hesab oluna bilər. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, may ayı üzrə, demək olar ki, bütün ölkələr və bölgələr üzrə səyahətçi sayının artması müşahidə olunub. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanı 18% və ya 246 min daha çox xarici vətəndaş ziyarət edib. Bu artımın ən böyük hissəsi Rusiya (11 min), Gürcüstan (10 min) və Qərbi Avropa (8.9 min) ölkələrinin payına düşür. Qərbi Avropa regionu 102% göstərici ilə Azərbaycanın turizm statistikasında daim öndə olan digər ölkələri xeyli dərəcədə geridə qoyaraq 2 dəfə artıb.