Türkiyədə 60 nəfər qidadan zəhərləndi


Dünya 28 İyn 2019 15:59:00 241 0

Türkiyədə 60 nəfər qidadan zəhərləndi

Ankaranın Sincan rayonunda sənaye sahəsində çalışan 60 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sincan Mütəşəkkil Sənaye Bölgəsində baş verib.

Müəssisənin 60 işçisi yedikləri yeməkdən sonra mədə bulantısı və baş dönməsi şikayəti ilə xəstəxanalara aparılıb.

İşçilərdən heç kimin həyatının təhlükədə olmadığı bildirilir.