İtaliya klubundan "Beşiktaş"a 7 milyon avroluq təklif


Digərləri 28 İyn 2019 15:08:00 187 0

İtaliya klubundan "Beşiktaş"a 7 milyon avroluq təklif

"Latsio" "Beşiktaş"ın yarımmüdafiəçisi Dorukhan Toközü transfer etmək istəyir.

Bakı. İtaliyanın "Latsio" futbol klubu Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Dorukhan Toközü transfer etmək istəyir. Trend-in məlumatına görə, Roma təmsilçisi Türkiyə millisinin üzvü üçün artıq İstanbul klubuna rəsmi təklif verib. Təklifin dəyəri 7 milyon avrodur. "Beşiktaş"ın 23 yaşlı yarımmüdafiəçisi isə transfer üçün 12 milyon avro tələb edib.