Qızı itdi, polisə 20 gün sonra dedi


Digərləri 28 İyn 2019 14:49:00 272 0

Qızı itdi, polisə 20 gün sonra dedi

Bakıda 23 yaşlı qız 22 gün əvvəl itkin düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu ayonu, Zabrat qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü T. Əsgərzadə iyunun 6-da evdən gəzmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Onun atası Ş. Əsgərzadə iyunun 27-də polisə müraciət edərək bu barədə məlumat verib. O bildirib ki, 20 gün ərzində qızını özü axtardığı üçün polisə deməyib.

Faktla bağlı araşdırma aparılır.