Sabiq deputatın oğlunun məhkəməsində şahid: "Kompüterlər DİMə verilməyib"


Kriminal 28 İyn 2019 14:39:00 281 0

Sabiq deputatın oğlunun məhkəməsində şahid: "Kompüterlər DİMə verilməyib"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin keçmiş iş yoldaşı Nail Seyfullayev qeyd edib ki, digər işçilər kimi Elvinin də imzası ilə anbardan mal çıxarılıb, amma malın hara, kimə, neçəyə satılmasından xəbəri yoxdur.

Məhkəmədə ifadə verən şirkətin digər əməkdaşları - Samir Aşımov və Tofiq Məmmədov isə bildiriblər ki, Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilən mallar ünvanına çatmayıb. Belə ki, DİM-ə göndərilən kompüter avadanlıqlarının pulu şirkətə ödənilməyib. Şirkət iddia edir ki, DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqa şəxslərə satılıb. Bu məsələ ilə bağlı qalmaqal başlayan zaman Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə şirkət rəhbərliyi arasında telefon danışığı olub. Məlum olub ki, kompüter avadanlıqları DİM-ə yox, başqa bir quruma göndərilib.

Proses iyulun 2-də davam edəcək.

Elvin Məmmdov həbs edilənə qədər kompüter avadanlıqlarının satışını həyata keçirən "Happy Baku" MMC-də işləyib.