Bir milyonluq kadr: “Kaspersky Lab” “Google Play”də fotoredaktor adı altında pul oğurlayan zərərli proqram tapıb


Digərləri 28 İyn 2019 14:25:00 176 0

Bir milyonluq kadr: “Kaspersky Lab” “Google Play”də fotoredaktor adı altında pul oğurlayan zərərli proqram tapıb

“Kaspersky Lab” şirkətinin mütəxəssisləri “Google Play”də zərərli bekdor “MobOk” proqram təminatı ilə təhciz olunmuş iki fotoredaktor həlli tapıb.

Bakı. “Kaspersky Lab” şirkətinin mütəxəssisləri “Google Play”də zərərli bekdor “MobOk” proqram təminatı ilə təhciz olunmuş iki fotoredaktor həlli tapıb. Tətbiqlərə abunə ingilis, rus və tay dillərində, həm də ödənişli əsaslarla olub. Zərərli proqram gizli hərəkət edib və zərərçəkmişlər ancaq mobil hesablarından pullar gözlənilmədən silindikdən sonra bundan xəbər tutublar. “Pink Camera” və “Pink Camera 2” yalançı fotoredaktorları 10 min dəfədən çox yüklənilib. Təhlükəli tətbiqlər “Google Play”dən artıq silinib. Tətbiqlərin “Google Play”də görünüşü Bekdor ən təhlükəli proqram təminatı olaraq, cinayətkarlara onun sahibinin xəbəri olmadan cihazı üzərində nəzarəti əldə keçirməyə imkan verir. “Pink Camera” dakı təhlükəni aşkarlamaq çətin idi, çünki tətbiqlər həqiqətən də fotoredaktor xidmətləri göstərir və rəsmi mənbədən yüklənirdi. Ancaq “Pink Camera”nın fəaliyyəti diqqətli istifadəçini cəlb etməli idi. Çünki tətbiqlər Wi-Fi idarəetməsinə və bildirişlərə çıxış tələb edirdi ki, bu davranış fotoredaktor tipli tətbiqlər üçün xarakterik deyil.