Gələn il Azərbaycanda sığorta yığımları bir milyard manatı keçəcək


Digərləri 28 İyn 2019 14:04:00 198 0

Gələn il Azərbaycanda sığorta yığımları bir milyard manatı keçəcək

2020-ci ildə Azərbaycanda sığorta yığımları bir milyard manatı keçəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" adlı IX Beynəlxalq Sığorta Forumunda deyib.

O qeyd edib ki, ötən il sığorta şirkətlərinin 728 milyon manat həcmindəki ümumi yığımları ölkə ümumi daxili məhsulunun bir faizini təşkil etməyib:

"2020-ci ildə isə icbari tibbi sığortanın tətbiqi ilə sığorta yığımlarının məbləği ilk dəfə bir milyard manat həddini keçəcək".