Navas qərarını verdi


İdman 28 İyn 2019 13:44:00 313 0

Navas qərarını verdi

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Tibo Kurtuanın kölgəsində qalan 32 yaşlı qapıçı “kral klubu”ndan ayrılmaq istəsə də, artıq bu fikrindən daşınıb. Buna səbəb qolkiperin istədiyi məvacibi ödəyən klubu tapmaması olub. Madrid təmsilçisində illik 5 milyon avro qazanan kosta-rikalı futbolçu, 7 milyon avro məvacib istəyir.

Real klubunun qapıçısı Keylor Navas karyerası ilə bağlı son qərarını verib.

Son olaraq, Benfica-nın “çərçivə qoruyucusu”na 3 milyon avroluq təklif göndərdiyi, amma Navasın bu təklifdən imtina etdiyi bildirilir. Bundan başqa, Navasın PSGManchester United-in də maraq dairəsində olduğu, amma bu klubların da məvacib məsələsində geri addım atmadıqları deyilir.

Real-la 2020-ci ilədək müqaviləsi olan Navas, geridə qalan mövsümdə iştirak etdiyi 21 matçın 7-də qapısını toxunulmaz saxlamağı bacarıb.