Tramp Putinlə zarafatlaşdı “Xahiş edirəm, seçkilərə qarışmayın”


Dünya 28 İyn 2019 13:14:00 234 0

Tramp Putinlə zarafatlaşdı  “Xahiş edirəm, seçkilərə qarışmayın”

Bu gün Yaponiyanın Osaka şəhərində "G20" sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin görüşü başlamazdan öncə maraqlı hadisə yaşanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, amerikalı jurnalistlər dövlət başçılarından görüş zamanı həmkarından ABŞ-dakı seçkilərə qarışmamağı tələb etməyi bildiriblər.

Tramp isə öz nəvbəsində belə deyib: "Əlbəttə, mən bunu edəcəm".

Daha sonra Tramp üzünü Putinə çevirərək gülümsəyərək iki dəfə təkrarlayıb: "Xahiş edirəm, seçkilərə qarışmayın".