12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb


Digərləri 28 İyn 2019 12:45:28 198 0

12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Sumqayıtda 12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.

Bakı. Sumqayıtda 12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ-nin əməkdaşları dələduzluq etmiş H.Ağayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə 12 nəfəri viza düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 56913 manat pul aldığını müəyyən ediblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.