Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadıldı


Siyasət 28 İyn 2019 12:31:00 65 0

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadıldı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı elan etdiyi açıq heykəltəraşlıq müsabiqəsinə layihələrin qəbul müddəti avqustun 31-dək uzadılıb.

Son.az bildirir ki, Fondun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə qərar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun Heydər Əliyev Fonduna 27 iyun 2019-cu il tarixli məktubu və bir sıra heykəltəraşların müraciətlərinə əsasən qəbul olunub. Müraciətlərdə eskizlər üzərində işin başa çatdırılması baxımından müsabiqənin müddətinin uzadılması xahiş edilib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Müsabiqədə iştirak üçün ərizə və eskiz təqdim olunmalıdır.

Müsabiqədə iştirakın şərtləri:

• Müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər.

• Namizədlər müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş nümunə üzrə ərizə təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan eskizlər qəbul edilir.

• Namizədlər tərəfindən göndərilmiş sənəd və materiallar geri qaytarılmır və onlar üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müsabiqəyə müvafiq materialları göndərən şəxs daşıyır.

• Müəllif ərizə və nəzərdən keçirilməsi üçün yaradıcılıq ideyasının ən azı iki eskizini (maketini) təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün ərizə və eskizləri (maketləri) Heydər Əliyev Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 1) təqdim etmək və ya elektron poçt vasitəsilə [email protected] ünvanına göndərmək lazımdır.

• Müsabiqənin təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalibi müəyyənləşdirir. Müsabiqə iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

Hər bir heykəl həm ayrılıqda bir müəllif, həm də həmmüəlliflər tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən artıq olmamalıdır.

Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcəkdir.

Münsiflər heyətinin üzvləri:

1. Vaqif Əliyev - Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini

2. Fərhad Xəlilov - Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı

3. Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar

4. İsmayıl Hüseynov - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri

5. Emin Məmmədov - Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə eksperti, Əməkdar incəsənət xadimi

6. Məhəbbət Mehdiyeva - Heydər Əliyev Mərkəzinin departament direktoru, Əməkdar incəsənət xadimi

7. Akif Əsgərov - Xalq rəssamı, heykəltəraş, professor

8. Rahibə Əliyeva - AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru

9. Qalib Qasımov - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, sənətşünas.

Əlavə məlumat üçün telefon: (+99450) 295 02 09

Son.az 

Göyçay sakininin evində narkotik vasitə aşkar olunub like
  • 28 İyn 12:26  
Digərləri Göyçay sakininin evində narkotik vasitə aşkar olunub

Göyçay sakininin evində narkotik vasitə aşkar olunub

arrow Ətraflı
Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcək like
  • 28 İyn 12:24  
Siyasət Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcək

Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus R

arrow Ətraflı
Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunub (FOTO) like
  • 28 İyn 12:21  
Digərləri Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunub (FOTO)

Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi münasibətilə təntənəli

arrow Ətraflı
Hansı çimərliklər yararlıdır? - Nazirliyin keçirdiyi monitorinqin NƏTİCƏLƏRİ like
  • 28 İyn 12:19  
Digərləri Hansı çimərliklər yararlıdır? - Nazirliyin keçirdiyi monitorinqin NƏTİCƏLƏRİ

Çimərliklərdə keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

arrow Ətraflı
Xətaidə mağaza yanıb like
  • 28 İyn 12:19  
Digərləri Xətaidə mağaza yanıb

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 40 m² olan mağazanın dam

arrow Ətraflı
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadıldı like
  • 28 İyn 12:15  
Digərləri Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadıldı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Haki

arrow Ətraflı
Azərbaycanda sığorta bazarı sabit inkişaf nümayiş etdirir like
  • 28 İyn 12:09  
Digərləri Azərbaycanda sığorta bazarı sabit inkişaf nümayiş etdirir

Azərbaycanda sığorta bazarı sabit inkişaf nümayiş etdirir.

arrow Ətraflı
Zaur ikinci dəfə ata olacaq? like
  • 28 İyn 12:04  
Şou-biznes Zaur ikinci dəfə ata olacaq?

ATV kanalının iki siması - Zaur və Günay Baxşəliyevanın instaqramda yazd

arrow Ətraflı
Gələn il Azərbaycanda sığorta yığımları bir milyard manatı keçəcək like
  • 28 İyn 12:04  
Digərləri Gələn il Azərbaycanda sığorta yığımları bir milyard manatı keçəcək

2020-ci ildə Azərbaycanda sığorta yığımları bir milyard manatı keçəc

arrow Ətraflı
Azərbaycana daxili orqanında heroin keçirmək istəyən qadın saxlanıldı (FOTO) like
  • 28 İyn 11:58  
Digərləri Azərbaycana daxili orqanında heroin keçirmək istəyən qadın saxlanıldı (FOTO)

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam R

arrow Ətraflı
G20 sammitinin keçirildiyi binanın yaxınlığında tüstü şaşkası atılıb like
  • 28 İyn 11:53  
Digərləri G20 sammitinin keçirildiyi binanın yaxınlığında tüstü şaşkası atılıb

Yaponiyanın Osaka şəhərində G20 sammitinin keçirildiyi binanın yaxınlı

arrow Ətraflı
Dadaşov Benfica-nın maraq dairəsindədir like
  • 28 İyn 11:50  
İdman Dadaşov Benfica-nın maraq dairəsindədir

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı yeni iddia

arrow Ətraflı
Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib (FOTO) like
  • 28 İyn 11:49  
Digərləri Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib (FOTO)

Bakı Dövlət Universitetində “Tələbəyönümlü təhsil yanaşması əsas

arrow Ətraflı
Sürücülərin DİQQƏTİNƏ!  Qanunsuz parklanmalarla bağlı təxliyə işləri like
  • 28 İyn 11:49  
Digərləri Sürücülərin DİQQƏTİNƏ! Qanunsuz parklanmalarla bağlı təxliyə işləri

Əvvəlcədən məlumat verildiyi kimi, yaxın günlərdə dayanma, durma və pa

arrow Ətraflı