Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunub (FOTO)


Digərləri 28 İyn 2019 12:21:00 186 0

Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunub (FOTO)

Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Bakı. İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində Diasporlar İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və digər tərəfdaşların iştirakı ilə Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, yubiley mərasimində rəssamın əsərlərindən ibarət kataloqun, eyni zamanda T.Rzayevdən bəhs edən kitabın təqdimatı olub. Mərkəzin foyesində rəssamın əsərlərinin sərgisi də təşkil olunub. Yubiley mərasimində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və başqaları çıxış edərək yubilyarın zəngin yaradıcılığından, Azərbaycanla Türkiyə arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrdən, Azərbaycan diasporuna xidmətindən danışıblar. Daha sonra Teymur Rzayevin həyat və yaradıcılığına həsr olunan sənədli film nümayiş edilib, yubilyara fəxri diplom və hədiyyələr təqdim olunub.