Hansı çimərliklər yararlıdır? - Nazirliyin keçirdiyi monitorinqin NƏTİCƏLƏRİ


Digərləri 28 İyn 2019 12:19:09 202 0

Hansı çimərliklər yararlıdır? - Nazirliyin keçirdiyi monitorinqin NƏTİCƏLƏRİ

Çimərliklərdə keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

Bakı. Ceyhun Ələkbərov - Çimərliklərdə keçirilən monitorinqlərin nəticələri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 24-27 iyun tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Trend-in məlumatına görə, idarənin direktoru Ərəstun Həsənov jurnalistlərə bildirib ki, analizlərin nəticələri bundan əvvəl keçirilən monitorinqlərin nəticələri ilə eynidir: "Belə ki, bu dəfə də Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil". ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib: