Nuranın şəkillərindən istifadə edib, kişilərlə tanış olur
Şou-biznes 28 İyn 2019 11:59:00 236 0
Müğənni Nura Surinin başına iş gəlib.
Son.az axşam.az-a istinadən bildirir ki, Türkiyədə yaşayan bir şəxs onun fotolarından istifadə edərək, "Facebook"da özünə "Alara Genç" adlı profil yaradıb.
Maraqlısı isə odur ki, həmin şəxs telefon nömrəsini də yazaraq, münasibət qurmaq üçün şəxslər axtardığını vurğulayıb. O, paylaşımlarında İstanbulda Taksim səmtində tək yaşadığını yazıb.
"Burada yazışmıram. Taksimdə yaşayıram, 20 yaşım var. Diqqətinizi çəkdimsə, mənə zəng edin" deyə, qız hesabında vurğulayıb.
Mənbə: milli.az