Atletico-nun rekord transferinin qazancı deyildiyindən az olacaq


İdman 28 İyn 2019 11:33:00 220 0

Atletico-nun rekord transferinin qazancı deyildiyindən az olacaq

Atletico-nun yeni transferi Joao Feliksin müqavilə detalları müəyyənləşib.

Goal.az-ın məlumatına görə, 19 yaşlı futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.

Maraqlıdı ki, Feliksin illik məvacibi öncədən deyildiyi kimi 6 milyon yox, 3,5 milyon avro olacaq.

Qeyd edək ki, Atletico Joao Feliksi Benfica-dan 126 milyon avroya transfer edib. Bu isə Madrid klubu üçün tarixi rekorddur.