Göygöldə itkin düşən qadın tapıldı


Digərləri 28 İyn 2019 11:44:00 207 0

Göygöldə itkin düşən qadın tapıldı

Göygöldə itkin düşən qadın tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə iyunun 26-da Göygöl rayonunun Murovdağ qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü ruhi əsəb xəstəsi Əliyeva Xatun Qəşəm qızı evdən çıxıb və geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Əliyevanın yeri müəyyən edilib və o iyunun 27-də tapılaraq ailəsinə təhvil verilib.