Qanunsuz parklanmalarla bağlı təxliyə işlərinin keçiriləcəyi ÜNVANLAR məlum olub


Digərləri 28 İyn 2019 11:35:00 200 0

Qanunsuz parklanmalarla bağlı təxliyə işlərinin keçiriləcəyi ÜNVANLAR məlum olub

Bakı Nəqliyyat Agentliyi sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları elan edib.

Bakı. Trend Əvvəlcədən məlumat verildiyi kimi, yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması – təxliyə xidmətinə başlanılacaq. Bakı Nəqliyyat Agentliyi sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları elan edib. Agentlikdən Trend-ə verilən məlumata görə, bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir. Bakı şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac və sıxlıq yaranan ərazilər S/s Küçə/prospekt Ərazi M.Hadi küç. Əhmədli m/st. ətrafı Qara Qarayev pr. 8-ci km bazarının qarşısı Qara Qarayev pr. Neftçilər m/st. - Dakar meydanının ətrafı B.Çobanzadə küç. Şadlıq saraylarının qarşısı Bakı Dairəvi yolu – Zaqulba şos. Bilgəh kordioloji sanatoriyasının qarşısı Şəhər şossesi(Sabunçu-Zabrat yolu) Yerüstü piyada keçidinin yanı Sakit Qocayev küçəsi Bakıxanov T\M-nin ətrafı Heydər Əliyev pr. Qala yoluna dönən hissə (Rahat marketin qarşısı) Əli İsazadə küç. (Binə qəs.) Mərkəz Heydər Əliyev pr. Koroğlu m/st. ətrafı Xocalı pr. Xətai m/st.qarşısı Nobel pr. ASAN Xidmətin qarşısı Afiyəddin Cəlilov küç. “Megafun”ın qarşısı Neftçilər prospekti Prospekt boyu 28 May küç. 23 nömrəli məktəbin qarşısı Dilarə Əliyeva küç. ADNSU-nin yanı Xəqani küç. Küçə boyu Nizami küç. Küçə boyu K.Kazımzadə küç. Zooparkın qarşısı F.X.Xoyski pr. Gənclik Mall-un qarşısı