Donald Trampla Vladimir Putin görüşdü


Dünya 28 İyn 2019 11:14:00 314 0

Donald Trampla Vladimir Putin görüşdü

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.

Son.az Trend-ə istinadən bildirir ki, görüş Yaponiyanın Osaka şəhərində "Böyük-20"liyin ("G-20") zirvə toplantısı çərçivəsində baş tutub.

İkitərəfli görüşdən öncə V.Putin və D.Tramp arasında dialoq olub.

Bir saat 20 dəqiqə davam edən görüşdə prezidentlərin əsasən İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə etdikləri bildirilir.