Dəhşətli qəzada yaralanaraq Bakıya gətirilən sürücünün


Digərləri 28 İyn 2019 10:44:00 202 0

Dəhşətli qəzada yaralanaraq Bakıya gətirilən sürücünün

Ötən gün Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü Bakıya gətirilib.

Son.az Trend-ə istinadən bildirir ki, xəsarət alanlardan biri 1955-ci il təvəllüdlü Dövlətov Şakir Əhməd oğlu ötən gün təcili tibbi yardım avtomobili ilə Bakıya - 1 saylı Kilinik Tibbi Mərkəzə çatdırılıb.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, Ş.Dövlətov hazırda üst çənə şöbəsində müalicə alır. Ona çənə sınığı diaqnozu qoyulub, vəziyyəti stabildir.

Qeyd edək ki, ötən gün Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib ."LADA" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, iki nəfər isə dünyasını dəyişib.