Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri barədə işəgötürənlərə ətraflı məlumatlar verilib (FOTO)


Digərləri 28 İyn 2019 10:13:22 206 0

Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri barədə işəgötürənlərə ətraflı məlumatlar verilib (FOTO)

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də onun əməyinin mühafizəsinin təmin edildiyi əmək şəraitində çalışmaqdır.

Bakı. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də onun əməyinin mühafizəsinin təmin edildiyi əmək şəraitində çalışmaqdır. Trend-in məlumatına görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhərində əmək qanunvericiliyinə dair işəgötürənlər üçün təşkil etdiyi növbəti maarifləndirmə tədbirində vurğulanıb. “Azərkimya” İstehsalat Birliyində təşkil edilən tədbir “Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub. Bildirilib ki, əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.