Galaxy Watch Active incə dizaynlı yığcam smart saat


Digərləri 28 İyn 2019 10:00:00 308 0

Galaxy Watch Active  incə dizaynlı yığcam smart saat

Smart saatlardan danışarkən ağlımıza böyük siferblat və geniş ekran gəlir. Bir çoxlarınız razılaşar ki, belə olduğu halda həm xanımlarımız saat seçimində qərarsız qalır, həm də belə bir aksessuar hər bir geyimimizə uyğun gəlməyi bilir. Bir müddət öncə, Samsung Galaxy Watch Active adlanan və kiçik ölçülərə malik olan ağıllı saatı təqdim etmişdir ki, bu saatın diametri 39.5 mm, eni isə 10.5 mm təşkil edir.  Qeyd edilən modelin çəkisi 25 mm-dir, bu səbəbdən aksessuar qolunuzda demək olar ki hiss olunmur.  

Super AMOLED texnologiyası ilə istehsal edilmiş displey 1.1" diaqonala və 360x360 piksel icazəyə malikdir. Ekranın parlaqlıq ehtiyatı hətta günəş işığı altında displey üzərində qeyd edilən məlumatı asanlıqla oxumağa kifayət edir. Həmçinin, Galaxy Watch Active standart 22mm olan istənilən saat bağı ilə uyğunlaşır, belə ki, indi  tərzinizlə həmahənglik yaradan istənilən bağı istifadə etmək azadlığına maliksiniz.

Galaxy Watch Active idarə etmək üçün sensor ekranından və siferblatın yan hissəsində yerləşən iki ədəd düymədən istifadə edilir. Yuxarı "hamar" klaviş öncəki atdıma geri qayıtmaq üçün, aşağı isə "Home" düyməsini əvəz edərək, bir dəfə basıldıqda əsas menyunu aktiv edir.

Saat gecə-gündüz avtomatik olaraq fiziki vəziyyətinizin təhlilini aparır. Xüsusi sensorlar nəbz tezliyi, yandırılmış kaloriyaların sayı, fiziki aktivlik, yuxu və hərəkətsizlik halları kimi göztəriciləri qeydə alaraq, lazım gəldikdə sizə tövsiyə və məsləhətlər təqdim edir. Həmçinin, stress dərəcəsini müəyyən edən Galaxy Watch Active, göstərici kəskin olduqda sizə "nəfəs" gimnastikası ilə məşğul olmağı məsləhət görə bilər.  İstifadəçinin oyaq olduğu, lakin bir saatdan daha çox müddət ərzində heç bir fiziki hərəkət yerinə yetirmədiyi halda (buna misal olaraq, ofisdə monitor qarşısında oturduğunuz zaman), cihaz idman hərəkətlərindən istifadə etməyi tövsiyə edərək, xüsusi  məşq seçimini təklif edir.  "Ağıllı" saat həm də qəbul edilən SMS-ləri cavablandırmağa imkan yaradır, belə ki, burada siz mövcud üç cavab metodundan istifadə edə bilərsiniz: səsin yazılı mətnə çevrilməsi, emoji ilə cavab və ya ekran klaviaturası ilə mətn yığımı.

Xırda ölçülərinə baxmayaraq saatın korpusu IP68 və MIL-STD-810G standartları ilə qorunur. Qeyd edilən standart sayəsində Galaxy Watch Active 5 atmosferə qədər təzyiqə davamlıdır və əllərinizi yuyarkən, çimərkən və ya üzərkən istifadə edilə bilər.