Dəhşətli qəzada yaralanaraq Bakıya gətirilən sürücünün VƏZİYYƏTİ


Digərləri 28 İyn 2019 09:56:07 201 0

Dəhşətli qəzada yaralanaraq Bakıya gətirilən sürücünün VƏZİYYƏTİ

Ötən gün Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü Bakıya gətirilib.

Bakı. Ceyhun Ələkbərov - Ötən gün Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü Bakıya gətirilib. Trend-in məlumatına görə, xəsarət alanlardan biri 1955-ci il təvəllüdlü Dövlətov Şakir Əhməd oğlu ötən gün təcili tibbi yardım avtomobili ilə Bakıya - 1 saylı Kilinik Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanadan Trend-ə verilən məlumata görə, Ş.Dövlətov hazırda üst çənə şöbəsində müalicə alır. Ona çənə sınığı diaqnozu qoyulub, vəziyyəti stabildir.