Ötən il Bakı metropoliteninin sərnişindaşımadan gəlirləri 22,25% artıb


Digərləri 28 İyn 2019 09:42:00 231 0

Ötən il Bakı metropoliteninin sərnişindaşımadan gəlirləri 22,25% artıb

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti illik maliyyə hesabatını açıqlayıb.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti illik maliyyə hesabatını açıqlayıb. Trend-in məlumatına görə, hesabata əsasən, qurumun cəmi aktivləri bu il yanvarın 1-nə 2 409,498 milyon manat təşkil edib. Bu rəqəm ötən il yanvarın 1-i ilə müqayisədə 4,8% çoxdur. 2018-ci ildə “Bakı Metropoliteni”nin cəmi öhdəlikləri 0,7% artaraq 57,051 milyon manat, cəmi kapitalı isə 4,9% artaraq 2 352,446 milyon manat, o cümlədən nizamnamə kapitalı 6,3% artaraq 2 779,056 milyon manat olub.