Meksikada onlarla miqrantlarla dolu avtobus saxlanılıb


Dünya 28 İyn 2019 08:59:00 228 0

Meksikada onlarla miqrantlarla dolu avtobus saxlanılıb

Meksika Federal Polisi Puebla vilayətində içərisində 76 miqrant olan sərnişin avtobusunu saxlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, miqrantlar Mərkəzi Amerika ölkələriin vətəndaşlarıdır.

Məlumata əsasən, avtobus Puebla-Kordoba avtomobil yolunda əməliyyat çərçivəsində saxlanılıb.

Həmin miqrantlar ABŞ sərhədləri istiqamətində gedib. Hazırda onlar Meksika miqrasiya xidmətinin nümayəndəliyinə aparılıb.