Suriyada Türkiyə Silahlı Qüvvələrinin müşahidə məntəqəsi atəşə tutulub


Dünya 28 İyn 2019 08:12:00 224 0

Suriyada Türkiyə Silahlı Qüvvələrinin müşahidə məntəqəsi atəşə tutulub

Suriyanın İdlib şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi atəşə tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, hücum nəticəsində bir Türk əsgəri öldürülüb, 3 nəfəri isə yaralanıb.

Hadisə yerindən təxliyyə edildikdən sonra yaralılar xəstəxanaya çatdırılıb.