Türkiyədə kimyəvi maddələr anbarında partlayış olub


Dünya 28 İyn 2019 08:19:00 202 0

Türkiyədə kimyəvi maddələr anbarında partlayış olub

Türkiyənin Tekirdağ vilayətində tekstil fabrikinin kimyəvi maddələr anbarında partlayış olub.

Son.az Trend-ə istinadən bildirir ki, polis əməkdaşları vətəndaşları evlərini tərk etməyə çağırıblar.

Məlumatda bildirilir ki, Ergene ərazisində 20 ton tutumlu kimyəvi maddələr anbarında partlayış baş verib.

Partlayışdan sonra kimyəvi maddələr yayılmağa başlayıb. Hadisə yerinə Milli Təcili Xilasetmə qrupu, polis əməkdaşları və təcili tibb yardım briqadaları gəlib.