Bəhreyn İraqdakı səfirini geri çağırıb


Dünya 28 İyn 2019 08:07:00 218 0

Bəhreyn İraqdakı səfirini geri çağırıb

Bəhreyn Xarici İşlər Nazirliyi İraqdakı səfirini Salah əl-Malikini geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, buna səbəb Bağdadda Bəhreyn Krallığında edilən hücum olub.

Bildirilir ki, səfirliyə ABŞ tərəfindən təşkil olunmuş Fələstin məsələsi üzrə görüşdən narazlıq edənlər hücum edib.

Həmin gürüşün keçirilməsindən narazı qalanlar İraqdakı Bəhreyn Krallığının səfirliyi ərazisinə daxil olaraq binanın şüşəsini qırıb, sonra isə Bəhreyn bayrağını götürərək Fələstin bayrağını asıblar.