BMTnin Baş katibi Tunisdəki terror aktlarını pisləyib


Dünya 28 İyn 2019 07:55:00 211 0

BMTnin Baş katibi Tunisdəki terror aktlarını pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş Tunisdəki terror aktlarını şiddətlə qınayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu brifinqdə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

S.Dyujarrik qeyd edib ki, Antonio Quterreş faciə nəticəsində zərərçəkənlərin ailələrinə və Tunis hökumətinə başsağlığı verir, onlara dəstək olduğunu ifadə edir.

Qeyd edək ki, Tunisin paytaxtında iyunun 27-də iki partlayış baş verib. Hadisə nəticəsində bir polis həlak olub, doqquz nəfər isə yaralanıb.