BMT-nin Baş katibi Tunisdəki terror aktlarını pisləyib


Digərləri 28 İyn 2019 01:50:00 185 0

BMT-nin Baş katibi Tunisdəki terror aktlarını pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş Tunisdəki terror aktlarını şiddətlə qınayıb

Bakı. BMT-nin Baş katibi Antonio Quterreş Tunisdəki terror aktlarını şiddətlə qınayıb. Trend-in məlumatına görə, bunu brifinqdə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib. S.Dyujarrik qeyd edib ki, Antonio Quterreş faciə nəticəsində zərərçəkənlərin ailələrinə və Tunis hökumətinə başsağlığı verir, onlara dəstək olduğunu ifadə edir.