Mingəçevirdə yıxılaraq xəsarət alan 2 yaşlı uşaq təcili


Digərləri 27 İyn 2019 23:39:00 278 0

Mingəçevirdə yıxılaraq xəsarət alan 2 yaşlı uşaq təcili

Mingəçevirdə ikinci mərtəbədən yıxılan körpə artıq Almaniyadadır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 3 gün öncə Samux küçəsində ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alan 2017-ci il təvəllüdlü Almaniya vətəndaşı Yəhyayeva Magina Qadir qızı artıq öz ölkəsində yerləşən klinikalardan birində müalicəsini davam etdirir.

Belə ki, hadisədən dərhal sonra Mingəçevir şəhər xəstəxanasına, oradan da Gəncə Mərkəzi Klinikasına götürülən yaralı qız uşağı sonradan Almaniyadan göndərilən ambulans təyyarə ilə təcili olaraq Almaniyaya aparılıb. Doğmalarının APA-nın yerli bürosuna verdiyi məlumata əsasən, artıq  M.Yəhyayeva Almaniyanın Xalbern şəhərindədir və oradakı tibb müəssisələrindən birində müalicəsini davam etdirir. Azərbaycanda və ardınca Almaniyada göstərilən tibbi yardım sayəsində azyaşlı qız ölüm təhlükəsini geridə qoyub və hazırda vəziyyəti tam stabilləşib.