Süni intellekt pizza istehsalında istifadə ediləcək


Digərləri 27 İyn 2019 23:50:00 330 0

Süni intellekt pizza istehsalında istifadə ediləcək

Artıq həyatımızın hər sahəsində özünün göstərən süni intellekt getdikcə daha da həyatımıza inteqrasiya edilməyə başladı. Süni intellekt indi də pizza aşpazı rolunu boynuna götürdü və ən yaxşı pizzanı etmək üçün səy göstərir.

Son.az deyerler.org-a istinadən bildirir ki, süni intellekt ilə edə biləcəyimiz bir çox möcüzəvi şey var, ancaq Massaçusets Texnologiya İnstitutunun (MIT) araşdırmaçıları üçün bunlar kifayət deyil. Araşdırmaçılar PizzaGAN adlı süni intellekt layihəsində, italyan mətbəxinin əvəzolunmaz yeməyi, pizzanın üzərinə süni intellekti buraxdılar və bu müddətdə, pizza istehsal üsullarının və pizza bəzəmələrinin də söz mövzusu olduğu çox araşdırdılar. "Bir pizza necə edilər: Laya söykənən bir GAN modelinin öyrənilməsi'" başlıqlı layihənin məqsədi, bir maşına addım-addım edəcəkləri deyilərək necə pizza edəcəyini öyrətməkdir.

GAN nəzarət edilməyən maşın öyrənməsi üçün istifadə edilən bir kompyuter elmi və alqoritm qrupları budağıdır. PizzaGAN, Instagram-dan əldə edilən 9.213 pizza şəkillərindən faydalanır. Hər şəkildə xəmir, sous və pendir ayrı-ayrı təyin olunaraq süni intellektə öyrədilir. Süni intellekt əldə etdiyi təsvirləri öz-özünə birləşdirərək ən gözəl pizzanı yaradır.