ABŞ-da atışma nəticəsində yeddi nəfər həlak olub


Digərləri 27 İyn 2019 23:50:00 201 0

ABŞ-da atışma nəticəsində yeddi nəfər həlak olub

ABŞ-ın Corciya ştatının Atlanta şəhərindən keçən avtomobildən açılan atəş nəticəsində yeddi nəfər xəsarət alıb

Bakı. ABŞ-ın Corciya ştatının Atlanta şəhərindən keçən avtomobildən açılan atəş nəticəsində yeddi nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə yerli telekanal WSB-TV bildirib. Polis yerli vaxtla səhər saatlarında baş verən atışma nəticəsində yeddi nəfərin xəsarət aldığını təsdiq edib. Həlak olanlar yoxdur. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.