Qanında narkotik aşkarlanan reperə həbs cəzası


Şou-biznes 27 İyn 2019 23:34:00 207 0

Qanında narkotik aşkarlanan reperə həbs cəzası

Ezhel olaraq tanınan repçi Sercan İpekçioğlu narkotik maddə istifadəçisi olduğuna görə həbs edilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, qanında narkotik maddə aşkarlanan reper ittihamları qəbul etməyib.

"Tez-tez xarici ölkələr gedirəm. Avropadakı studiyalarda narkotik istifadə edənlər çox olur. Ola bilsin ki, mən də məruz qalmışam. Heç vaxt narkotik istifadə etməmişəm" deyə, o bildirib.

Reper məhkəmədə gəlirini da açıqlayıb. Onun aylıq 100 min lirə qazandığı məlum olub.