Şəki sakini atasını və həyat yoldaşını döyüb


Digərləri 27 İyn 2019 23:28:00 221 0

Şəki sakini atasını və həyat yoldaşını döyüb

Şəki sakini 66 yaşlı atasını və ona kömək etmək istəyən həyat yoldaşını döyüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Şəki şəhəri, Yaqub Süleymanov küçəsi ev 3 ünvanında yaşayan, 1953-cü il təvəllüdlü Şahin Lətif oğlu Burxanov və gəlini 1984-cü il təvəllüdlü Günel Telman qızı Burxanova bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Məlum olub ki, Ş.Burxanov doğma övladı Teymur tərəfindən döyülüb. Hadisə baş verən zaman qayınatasına köməklik edən G.Burxanova da əri Teymur tərəfindən döyülüb. Ş.Burxanov və G.Burxanova xəstəxanada lazımi tibbi yardım aldıqdan sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Hadisəni törətməkdə şübhəli bilinən T.Burxanov polis tərəfindən saxlanılaraq izahatı alınıb. Faktla bağlı araşdırma aparılır.