Yeni BMW 3 Series Touring modelinin şəkilləri peyda olub FOTO


Digərləri 27 İyn 2019 22:30:00 717 0

Yeni BMW 3 Series Touring modelinin şəkilləri peyda olub  FOTO

Germancarforum saytının sərəncamına yeni nəsil BMW 3 Series universalının şəkilləri daxil olub. Şəkillərdən də göründüyü kimi BMW 3 Series Touring modelinin dizaynı tamamilə sedan kuzovlu variantın dizaynını təkrarlayır.

Son.az autograph.az-a istinadən bildirir ki, yeni universalı sələfindən fəqrləndirən cəhətlərdən biri də pəncərə xəttidir. Yeni modeldə bu xətt yüngül şəkildə arxa dayağa doğru yüksəlir. Xatırladaq ki, əvvəlki modeldə bu xətt kuzov boyu rəvan şəkildə uzanırdı. Bundan başqa, arxa tərəfdə kiçik spoyler də quraşdırlıb. Yeni avtomobil barədə ətraflı məlumat verilməyib. Böyük ehtimalla, universal və sedan eyni texniki hissəyə malik olacaqdırlar.


Xəbərə aid fotolar