Həftədə 3 dəfə qarabaşaq yeməyin 7 faydası –


Digərləri 27 İyn 2019 22:35:00 284 0

Həftədə 3 dəfə qarabaşaq yeməyin 7 faydası –

Qarabaşaq ( qreçka) yarmaların şahıdır. Hələ ki, genetim dəyişikliyə uğramayıb, ekoloji təmizdir, kimyəvi tərkibi yoxdur. Ondan bişirən sıyıq, şorba, hətta sadəcə suda isladıb yemək çox xəstəliklərdə müalicəvi təsir edir.

Mütəxəssislər  həftədə 3 dəfə qarabaşaq sıyığı, yəni sadəcə suda bişmişini yeməyi tövsiyyə edir. Medicina.az qarabaşağın orqanizmə 7  faydasını təqdim edir:

1.Qanda şəkəri salır

Qarabaşaq çox aşağı qlikemik indeksə malikdir və şəkər xəstələri üçün əvəzsizdir. Nəinki şəkər xəstələri, eləcə də çox şirniyyat yeyənlər də qarabaşaq qəbul etməlidir ki, diabet olmasınlar.

2. Damarları möhkəmləndirir

Qarabaşaqda olan rutin damarları möhkəmlədir, qan dövranını yaxşılaşdırır. Ona görə qarabaşağı əməliyyat keçirmiş xəstələrə, hamilələrə tövsiyyə edirlər. Qanda xolesterini azaldır.

3.Həzmi normallaşdırır

Tərkibində olan zülal və nişasta qəbizlik və meteorizmdən xilas edir, nikotin turşusu metobolizmi normallaşdırır, piy, yağ, karbohidrat sintezini sürətləndirir.

4.Bağırsaq xərçənginə qarşıdır

Qarabaşaq bağırsaqları sağlam saxlayır, onları təmizləyir, toksinləşməyə qoymur.