Xarici, yoxsa daxili mübarizə? Gürcüstandakı qarşıdurmanın səbəbi nədir?


Dünya 27 İyn 2019 21:17:00 231 0

Xarici, yoxsa daxili mübarizə? Gürcüstandakı qarşıdurmanın səbəbi nədir?

Ötən həftənin sonunda Gürcüstandadakı siyasi vəziyyət ciddi olaraq pisləşdi. Etirazların səbəbi Gürcüstanın parlamentinin iclasında rus deputatın beynəlxalq tədbir çərçivəsində iclası aparması olub. Ancaq rus deputatın etirazlar üçün sadəcə bir bəhanə olması və narazılığa səbəblərin uzun müddət əvvəl yaranmasına dair iddiaları da var.

Gürcüstanda siyasi mübarizənin temperaturu niyə yüksəlib?

Kimin əli - Moskvanın, yoxsa İvanişvilinin?

İyunun 20-də bir neçə min adam Gürcüstan parlamentinin qarşısına toplaşdı. Onların çoxu anti-Rusiya şüarları qışqırır və rəsmi Moskvanı Gürcüstanın tədrici işğalında itttiham edirdi. Bununla belə, toplaşanların tələbi daha çox daxili siyasətə aidiydi.

Fotonun müəllifiGETTY IMAGES

"Rusiyalı deputatla bağlı epizod simvolik məqamdan başqa bir şey deyildi. Hakim partiyaya etimadsızlıq və hakimiyyətdən narazılıq çoxdan vardı.

Bu aksiya həmin narazılığın maddilləşmiş halıdır" - Gürcüstan politoloqu Giya Nodiya BBC-yə müsahibəsində belə deyib.

2012-ci ildən etibarən Gürcüstanda "Gürcü arzusu" partiyası hakimiyyətdədir. Onu milliarder Bidzine İvanişvili yaradıb, bu təşkilat ona məxsusdur.

İvanişvili heç bir dövlət vəzifəsi daşımır, amma bir çoxları onu Gürcüstanın ən nüfuzlu şəxsi hesab edirlər.

"Mən ömrümün ən gözəl 20 ilini Rusiyada yaşamışam" - BBC Rusiya xidmətinə müsahibəsində bir dəfə o, belə demişdi.

"Biz bu zərbəni addadacağıq"

İvanişvilinin bioqrafiyası, onun Rusiyadakı biznesi və Moskvayla münasibətləri yaxşılaşdırmaq barədə bəyanatları müxalifətə imkan yaradıb ki, onu Gürcüstanın maraqlarına zidd olan Rusiya yönümlü siyasət yürütməkdə ittiham etsin.

Bu, həqiqətən də belədirmi?

İvanişvilinin partiyası hakimiyyətə gələndən sonra bəzi məsələrlə bağlı Tbilisi və Moskva arasındakı danışıqlar konstruktiv məcraya yönəlib.

Ölkələr arasında mütəmadi aviauçuşlar, gürcü çaxırı, mineral su və meyvələrinin ixracı bərpa edilib.

Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini asanlaşdırıb. Gürcüstana rusiyalı turistlərin axını başlayıb.

Amma prinsipial fikir ayrılıqları həll olunmamış qalıb. Rusiya hələ də Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər hesab edir və Gürcüstanı status-kvonu tanımağa çağırır.

Tbilisidə Tsinxvali və Suxumini hələ də işğal olunmuş ərazi sayırlar və "qopmuş" regionlara nəzarəti bərpa edəcəklərinə ümid edirlər.

Bununla belə, İvanişvili Vladimir Putini publik tənqid etməkdən yayınır.

Onun partiyasının hakimiyytədə olduğu illər ərzində nəinki rusiyalı turistlərin sayı artıb, eyni zamanda Rusiyayla yaxınlaşaraq Aİ və NATO-dan uzaqlaşmağı təbliğ edən təşkilatlar da çoxalıb.

Məsələn, "İkinci İrakli Cəmiyyəti", "Qorçakov fondu", Primakov adına Rusiya-Gürcüstan ictimai mərkəzi və s. kimi.

Sosioloji sorğuların nəticələrinə görə, İvanişviliyə və onun "Gürcü arzusu" partiyasına etimad getdikcə azalmaqdadır.

"Hakim partiya sürətlə xalq arasındakı nüfuzunu itirir, çünki insanlara elə gəlir ki, bu siyasətçilər adi adamların qayğılarına biganədirlər" - "Karnegi" mərkəzinin baş şərhçisi Tomas de Vaal BBC-yə müsahibəsində belə deyib.

Seçki kömək etməyəndə