Əmək pensiyalarının minimum məbləği


Digərləri 27 İyn 2019 21:18:00 261 0

Əmək pensiyalarının minimum məbləği

Milli Məclisdə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunub.

Artım xəbərini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev BBC News Azərbaycancaya bildirib.

Qərar bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında birinci oxunuşda qəbul olunub.

Əmək pensiyasının minimum məbləğinin 200 manata çatdırılması prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərilib.

İndiyə kimi əmək pensiyasının minimum məbləği 160 manat olub.

Ötən həftə prezident İlham Əliyev sərəncam verərək aylıq əməkhaqqının aşağı həddini 250 manat səviyyəsinə çatdırılmasına qərar verib.