Qəhvə necə arıqladır?


Digərləri 27 İyn 2019 20:24:00 227 0

Qəhvə necə arıqladır?

Nottingem Universitetinin (Böyük Britaniya) alimləri aşkar ediblər ki, qəhvə artıq çəkidən qurtulmağa kömək edir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə alimlər "Scientific Reports" jurnalında dərc etdikləri məqalədə məlumat verirlər.

Məlum olub ki, kofein qəhvəyi piy toxumasının yaranmasını stimullaşdırır. Bu, məməlilərin orqanizmində olan iki tip (digəri ağdır) piydən biridir və kaloriləri yandıraraq istiliyin ayrılması funksiyasını yerinə yetirməklə orqanizmdə hərarətin tənzimlənməsi prosesində vacib rol oynayır. 

"Qəhvəyi piy toxumalarının funksiyası digərlərindən fərqlənir: o, adətən soyuğa reaksiya verərək şəkəri və yağları yandırmaqla enerji istehsal edir. Onun aktivliyinin artması orqanizmə qandakı şəkərin səviyyəsinə nəzarət etməyə və lipid profilini yaxşılaşdırmağa kömək edir. Əvvəllər insan orqanizmində onun aktivliyini stimullaşdırmağın yolunu heç kim bilmirdi", - təcrübənin həmmüəllifi Maykl Saymonds yazıb. 

Qəhvənin artıq çəki ilə mübarizədə faydalı olduğu barədə əvvəllər də alimlər fikir yürüdürdülər, bu dəfə isə britaniyalılar nəzəriyyəni təsdiqləmək üçün eksperiment keçiriblər. Əvvəlcə onlar siçanlar üzərində qəhvənin optimal dozasını müəyyən ediblər, sonra isə orqanizmdə istiliyin yaranma zonalarını vizuallaşdıran texnologiya vasitəsilə insanlar üzərində təcrübə keçiblər.